Bakı Slavyan Universiteti (BSU ) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mövcud karantin şəraitində irsi qan xəstəliklərindən, talassemiya, hemofiliya və leykozdan əziyyət çəkənlərin qanla təminatı məqsədilə ölkədə başlayan könüllü qanvermə kampaniyasına qoşulub.
Universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və tapşırığına əsasən, ali təhsil müəssisəsinin kollektivi də bu humanist aksiyada iştirak edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılan qanvermə aksiyasında universitetin rəhbərliyi, fakültə dekanları, kafedra, şöbə müdirləri, ümumilikdə 100-dən çox müəllimi və əməkdaşı iştirak edib.
