Dünya Təhsil Forumunun direktoru Dominik Savaj Təhsilin İnkişafı Fondunun qonağı olub.
 
Bu barədə Fonddan "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov qonağı Fondun kollektivi ilə tanış edib, həyata keçirilən layihələr haqqında geniş məlumat verib.
 
Otuz ildən çox Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru olan Dominik Savaj Dünya Təhsil Forumunun təbliğ etdiyi əsas ideyanın dünyaya açıq olmaq, yaradıcılığı, öyrənmək həvəsini dəstəkləmək, həyatda müxtəlif yeni sahələri kəşf etmək, öyrənməkdən ibarət olduğunu vurğulayıb.
 
Qeyd edək ki, Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər.