Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən 3 oktyabr tarixində Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə “Refleksiv müəllim” layihəsi çərçivəsində seminar təşkil edilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, məktəbin Azərbaycan dili fənn müəllimləri üçün təşkil olunan görüşdə ibtidai sinif müəllimi Əliyeva Aytən III sinif “Azərbaycan dili” dərsliyində olan “Möhtəşəm dönüş. Bura Vətəndir!” mövzusu əsasında dərs icmalı təqdim edib.
 
Bir məzmun xətti üzrə standartların reallaşdırılması əsasında təqdim olunan dərsdə təlim nəticələrinin məzmuna görə çıxarılması, təlimin məqsədi və qiymətləndirmə meyarları, təlimin təşkilində istifadə edilən forma və üsullar, təlim strategiyaları, ev tapşırıqlarının dərsin məzmununa uyğun seçilməsi və şagirdlərə tədqiqat əsaslı çalışmaların verilməsi, vaxt bölgüsünün düzgün aparılması, refleksiv sualların qoyulması, şagirdlərdə özünə inam hissinin formalaşdırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsində özünə inamın əhəmiyyəti və digər məsələlər müzakirə edilib.
 
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
 
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ tərəfindən mütəmadi olaraq təşkil edilir.