| 
						 
						
						Türkiyənin Çeşmə kurort şəhərində şahmat üzrə beynəlxalq 
						open-turnir keçirilir.  
						
						
						1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 
						Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru Natiq 
						Ələkbərovdan aldığımız məlumata görə, turnirdə 
						Azərbaycan, Türkiyə, Latviya, Ukrayna, Gürcüstan, 
						Bolqarıstan, Türkmənistan, İordaniya və İraqdan 55 
						şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir.  
						Azərbaycan idmanının şərəfini qrossmeyster Vüqar Rəsulov 
						(2512), beynəlxalq ustalar Zaur Məmmədov (2453), Kamal 
						Ağasıyev (2401), Misrəddin İsgəndərov (2396), Orxan 
						Abdulov (2336), Nərmin Kazımova (2192) və Kənan Hacıyev 
						(1944) qoruyur.  
						
						
						Çeşmə turnirində 6 turdan sonra 5,5 bal toplamış 
						Azərbaycan nümayəndəsi Vüqar Rəsulov liderlik edir. 
						Bolqarıstanlı Vladimir Petkov liderdən yarım xal, daha 
						üç oyunçu bir xal geri qalır. Misrəddin İsgəndərov və 
						Zaur Məmmədov liderdən 1,5 xal geri qalanlar 
						arasındadırlar. Orxan Abdulovun aktivində 3,5 xal var. 
						Kamal Ağasıyev 3 xal, Kənan Hacıyev və Nərmin Kazımova - 
						hərəyə 2,5 xal toplamışlar.  
						
						
						İsveçrə sistemi üzrə keçirilən bu beynəlxalq turnir 9 
						turdan ibarət olacaqdır.  
						
						
						Rəşad RAMAZANOĞLU, 
						"Azərbaycan müəllimi"  |