| 
						 
						
						
						 İyunun 
						12-də Naxçıvan Özəl Universitetində "Heydər Əliyev və 
						Azərbaycan" mövzusunda "Heydər Əliyev" lektoriyasının 
						növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə 
						ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev 
						açıb. 
						
						
						Sonra universitetin humanitar elmlər kafedrasının 
						müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin 
						Zamanovun "Heydər Əliyev və Azərbaycan" mövzusunda 
						məruzəsi dinlənilib. Bildirilib ki, ulu öndər millətin 
						gələcəyinin  elm və təhsillə bağlı olduğunu bildirərək 
						respublikaya rəhbərlik etdiyi ilk gündən bu sahənin 
						inkişafını vacib məsələ kimi ön plana çəkmişdir. Çünki 
						Heydər Əliyevin elm və təhsil sahəsində apardığı 
						islahatlar elə bir mərhələyə təsadüf edirdi ki, bu 
						dövrdə Azərbaycanda milli kadrlar az idi. Məhz ümummilli 
						lider Heydər Əliyev uzaqgörən və müdrik siyasətinin 
						nəticəsində güclü kadr potensialı  yaratmaqla milli 
						təhsil quruluşu istiqamətində bugünkü uğurların 
						bünövrəsini qoymuşdur. Ötən əsrin 70-80-ci illərində 
						ümummilli liderin rəhbərliyi altında təhsil 
						müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların 
						zəngin maddi-texniki bazasının formalaşdırılması, 
						respublika hüdudlarından kənarda yüksək ixtisaslı 
						mütəxəssislərin, o cümlədən hərbi kadrların 
						yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat 
						institutlarında fundamental elmin inkişafının təmin 
						olunması gələcəkdə milli müstəqillik üçün zəmin 
						yaratmışdır. Ulu öndər müstəqillik illərində də təhsilin 
						inkişafını  diqqətdən kənarda qoymamışdır. Ümummilli 
						lider bu sahədə mövcud olan problemlərin aradan 
						qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş 
						ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının 
						həyata keçirilməsi üçün mühüm tarixi fərman və 
						sərəncamlar imzalamışdır. Dahi şəxsiyyətin rəhbərliyi 
						ilə təhsil sahəsində islahatlar uğurla həyata 
						keçirilmiş, yeni məktəblər tikilmiş, məktəblərin 
						maddi-texniki bazası möhkəmləndirilmiş, təhsilin məzmunu 
						yeniləşməyə başlamışdır.  
						
						
						Sevindirici haldır ki, bu gün Heydər Əliyev siyasəti 
						ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam 
						etdirilir. Danılmaz həqiqətdir ki, cəmiyyətin bütün 
						sahələrindəki dirçəliş, intibah meyilləri sosial-mədəni 
						sferada da özünü qabarıq büruzə verir. Bütün bu 
						irəliləyiş, sürətli inkişaf isə Heydər Əliyev siyasi 
						kursuna  sədaqətin bariz nümunəsidir. 
						
						  
						
						
						Mətbuat xidməti  |