| 
						 
						
						 Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən 
						yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat 
						turnirinə iyunun 1-də yekun vurulub. Azərbaycan millisi 
						bu turnirdə 1 qızıl medal qazanıb.  
						
						
						Oğlanlar arasında üç təkanla tullanma yarışlarında 
						atletimiz Nazim Babayev 16,14 metr nəticə ilə fəxri 
						kürsünün ən yüksək pilləsinə qalxıb. Bu möhtəşəm 
						qələbəsi ilə idmançımız həmçinin bu ilin avqustunda 
						Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II 
						Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Turnirin  
						gümüş medalçısı ukraynalı Aleksandr Malosilov, bürünc 
						medalın mükafatçısı isə italiyalı Tobia Boççi  olublar.  
						
						
						
						Sifai SƏFƏROVA, 
						"Azərbaycan müəllimi"   |