| 
						 
						
						 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 
						2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali 
						təhsil müəssisələrinin magistraturalarına qəbul 
						olanların siyahısını iyunun 5-də saat 15:30-dan etibarən 
						Komissiyanın internet saytında yerləşdirmişdir. 
						 
						
						
						Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı 
						Komissiyanın rəsmi internet saytından və mobil 
						telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə 
						göndərməklə öyrənə bilərlər.  
						
						
						Qəbul olunanların siyahısı iyunun 6-da "Magistr" 
						jurnalının 5-ci sayında dərc olunacaq. 
						
						
						Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində 
						iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali 
						təhsil müəssisələrinin magistraturalarına qəbul 
						olmuşdur. Qəbul olanlardan 3431 nəfəri ali təhsil 
						müəssisələrinin builki məzunları, 1695 nəfəri isə 
						əvvəlki illərin məzunudur. 
						
						
						Qəbul olanların 2101 nəfərini oğlanlar, 3025 nəfərini 
						isə qızlar təşkil edir. 
						
						
						Ali təhsil müəssisələrinin magistraturasına qəbul 
						olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və 
						bazar günləri istisna olmaqla) tələb olunan sənədləri 
						təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində 
						qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər 
						sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək 
						haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda 
						göstərilən müddətdə sənədləri təqdim etməyən və 
						qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar 
						siyahısından xaric ediləcəklər.   
						
						
						
						
						www.tqdk.gov.az  |