| 
						 
						
						Mayın 1-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə 
						ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümünə həsr olunmuş "bilik yarışı" keçirildi.  
						 
						
						
						Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində ulu 
						öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks 
						etdirən fotolardan ibarət sərgi ilə tanış oldular. 
						Təhsil ocağının direktoru Fəridə Bağırova  iştirakçıları 
						müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 
						anadan olmasının 89-cu ildönümü münasibəti ilə məktəbdə 
						görülən işlərlə tanış etdi.  "Bilik yarışı"nda əvvəlcə 
						şagirdlərin ifasında Dövlət himni səsləndi və ümummilli 
						lider Heydər Əliyevin əziz  xatirəsi bir dəqiqəlik 
						sükutla yad edildi. Ulu öndərə həsr olunmuş  film 
						nümayiş etdirildi.  
						
						
						Məktəbin tarix müəllimi Nərgiz Haqverdiyeva  tarixi 
						mənbələrə əsaslanaraq Heydər Əliyevin Azərbaycan xalqı 
						qarşısındakı misilsiz xidmətlərindən danışdı. Sonra  
						bilik yarışması başladı.  Dörd turdan ibarət yarışma 
						üçün seçilmiş suallar ulu öndərin həyatı, fəaliyyəti,  
						Azərbaycan və dünya tarixi haqqında idi.  Şagirdlərin 
						yarışmada fəallığı və maraqlı fikirlər söyləməsi onların 
						ulu öndərə və tariximizə olan sevgisindən irəli gəlirdi. 
						Hər qrupun cavabı  münsiflər heyəti tərəfindən yazı 
						lövhəsində qeyd olunurdu.  Axırıncı mərhələdən sonra 
						cavabların hesablanması başladı. Nəticəyə görə, VI "b" I 
						yer, VI "a" II yer, VI "c" isə III yeri tutdu. Qalib 
						komandalar   Azərbaycan  xəritəsini əks etdirən qartal 
						suveniri ilə mükafatlandırıldı.   
						
						
						
						R.RAMAZANOĞLU  |