| 
								 
								Bu günlərdə İmişli şəhər 7 nömrəli tam orta 
								məktəbdə görkəmli fizik Cavad Abdinovun anadan 
								olmasının 71-ci ildönümünə həsr olunmuş "Fizika 
								gecəsi" keçirildi. Tədbirin təşkil olunduğu zal 
								alimin portreti və fizikaya aid plakatlarla 
								bəzədilmişdi. 
								
								Tədbir açıq elan olunduqdan sonra məktəbin 
								fizika müəllimi Sevinc Məmmədova C.Abdinovun 
								həyatı və elmi fəaliyyəti barədə məruzə etdi. 
								Sonra 4 komandanın iştirakı ilə bilik yarışı 
								keçirildi. 2 turdan ibarət yarışda hər komandaya 
								10 sual təqdim olundu. Yarışın nəticələrinə görə 
								məktəbin IX "c" sinfinin şagirdlərindən ibarət 
								"Zəfər" komandası qalib hesab olundu. Komandanın 
								üzvləri Əsmər İsgəndərova, Kəmalə Məhərrəmli, 
								Nuranə Nəsirli, Nuranə Şahbazlı yarışda yüksək 
								hazırlıq nümayiş etdirdilər. 
								
								Tədbirdə məktəbin fizika və kimya müəllimləri də 
								iştirak edirdi. Gecənin sonunda məktəbin 
								direktoru qalib komandanın üzvlərini təbrik 
								etdi. Qalib şagirdlərə hədiyyələr verildi və 
								təşəkkür elan olundu.  
								
								
								
								Əsmər İSGƏNDƏROVA, 
								İmişli şəhər A.Eminov adına 7 nömrəli orta 
								məktəbin şagirdi  |