| 
								 
								 Naxçıvan 
								Dövlət Universitetində daha bir rəsm sərgisi 
								tamaşaçılara təqdim edildi. İncəsənət 
								fakültəsinin IV kurs tələbəsi Nəsib Nəsirovun 
								müxtəlif  janrlarda yaratdığı  25 əsəri sərgidə 
								nümayiş olundu.  
								
								Bu münasibətlə keçirilən tədbirdə  çıxış edən 
								rektor, akademik İsa Həbibbəyli 
								universitetimizdə dövlət başçısının və muxtar 
								respublika rəhbərliyinin böyük dəstək və qayğısı 
								sayəsində yaradılan güclü maddi-texniki bazanın 
								yüksək intellektli, müasir dövrün tələblərinə 
								cavab verən potensiallı kadrların yetişməsinə 
								tam zəmanət verdiyini diqqətə çatdırdı. Natiq, 
								universitetimizdə dəfələrlə ayrı-ayrı 
								tədbirlərlə bağlı istər fərdi, istərsə də 
								müxtəlif mövzularda rəsm sərgilərinin təşkil 
								olunduğunu, təhsil ocağında artıq professional 
								rəssamlıq məktəbinin formalaşdığını qeyd etdi. 
								Bu sahədə universitetin müəllimi, xalq rəssamı 
								Hüseynqulu Əliyevin böyük əməyini xüsusi 
								vurğulayan rektor, fakültədə təhsil alan gənc 
								rəssamların özünəməxsus ştrixlərlə, fərdi 
								təxəyyüllərinin təsiri ilə ərsəyə gətirdikləri 
								bu rəsm əsərlərini yüksək qiymətləndirdi. Fərdi 
								üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm 
								sərgisinin müəllifi Nəsib Nəsirova bu yolda 
								nailiyyətlər dilədi.   
								
								 Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək 
								muxtar respublikanın və universitet 
								rəhbərliyinin gənc istedadların üzə 
								çıxarılmasına və onların inkişafına göstərilən 
								dəstək və qayğısından bəhs etdi.  
								
								Rəssamlıq ixtisası üzrə III kurs tələbəsi Cəlal 
								Rzayev rəssam yoldaşına təbriklərini çatdıraraq 
								yeni-yeni yaradıcılıq uğurları arzuladı. 
								
								Sonda müəllif Nəsib Nəsirov ürək sözlərini 
								tədbir iştirakçılarına çatdırdı.  
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun  Mətbuat şöbəsinin əməkdaşı 
								  |