| 
								 
								Astara Pedaqoji Kollecində əhalini, xüsusən 
								gəncləri məlumatlandırmaq və maarifləndirmək 
								məqsədi ilə 1 nömrəli Ərazi üzrə Ekologiya və 
								Təbii Sərvətlər Şöbəsi ilə birlikdə tədbir 
								keçirilmişdir. 
								
								Tələbə və müəllimlərin iştirakı ilə keçirilən 
								tədbiri kollecin direktoru Əlihəsən Həmzəyev 
								açaraq qeyd etdi ki, gənclər arasında ekoloji 
								sahədə maarifləndirmə işlərinin aparılması 
								istiqamətində əməli fəaliyyət göstərmək 
								lazımdır. Pedaqoji Kollecin kollektivi hər il 
								ağacəkmə kampaniyasında fəal iştirak edir.
								 
								
								Sonra söz 1 nömrəli Ərazi üzrə Ekologiya və 
								Təbii Sərvətlər Şöbəsinin sektor müdiri Bəxtiyar 
								Hüseynova verildi. O, öz çıxışında "Turizm və 
								ətraf mühitin mühafizəsi", "Azərbaycanın nadir 
								təbiət inciləri haqqında", "22 Aprel - 
								Beynəlxalq Yer günüdür!", "Yeni yaşıllıqların 
								salınmasında gənc nəslin rolu" mövzularında 
								geniş məlumat verdi.  
								
								2010-ci il - "Ekologiya ili" çərçivəsində 
								ekoloji biliklərin təbliğində, ərazidə keçirilən 
								ekoloji tədbirlərdə, tələbələrin ekoloji 
								tərbiyəsində və onlarda təbiətə, ətraf mühitin 
								mühafizəsinə məhəbbət hisslərinin 
								formalaşmasında fəal iştirakına görə kollecin 
								direktoru Ə.Həmzəyevə Respublika ETSN-nin Fəxri 
								fərmanı təqdim edildi. H.Bağırov və Ə.Kərimovun 
								"Afrikanın geologiyası", B.Hüseynovun "Ekoloji 
								təbliğat və maarifləndirmə" kitabları kollecin 
								kitabxanasına hədiyyə edildi. 
								
								Bu tədbir kollecdə təhsil alan respublikanın 
								40-a yaxın şəhər və rayonundan gəlmiş tələbələr 
								tərəfindən böyük maraqla qarşılandı.        
								
								
								
								Azad ABDULLAYEV  |