| 
								 
								Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 
								bir qrup iştirakçısı Astara rayonunda olub. 
								
								 Fəlsəfə 
								elmləri doktoru, professor, Rusiya Təbiyyat 
								Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər 
								Akademiyasının Fəlsəfə İnstitutunun 
								sosial-fəlsəfə bölməsinin müdiri Valentina 
								Fedotova, fəlsəfə elmləri doktoru, professor, 
								Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə 
								Akademiyasının fəlsəfə kafedrasının müdiri, 
								Rusiya Fəlsəfə Cəmiyyətinin birinci 
								vitse-prezidenti Aleksandr Çumakov, sosioloji 
								elmlər doktoru, Moskva Beynəlxalq Münasibətlər 
								İnstitutunun sosiologiya kafedrasının müdiri 
								Nadejda Fedotova, fəlsəfə elmləri namizədi, 
								Rusiya Elmlər Akademiyasının Fəlsəfə 
								İnstitutunun dokrorantı, Rusiya Fəlsəfə 
								Cəmiyyətinin beynəlxalq məsələlər üzrə 
								vitse-prezidenti, M.V.Lomonosov adına Moskva 
								Dövlət Universitetinin "Qlobalistikada kim 
								kimdir və nə nədir" elmi-təhsil layihəsinin 
								ekspert şurasının üzvü Ariz Gözəlov, 
								sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqi 
								Akademiyasının dosenti Minaxanım Hacıyevanın 
								Astarada olduqları günlərdə rayonumuzun, eləcə 
								də Cənub zonasının tarixi, mədəniyyət 
								abidələrinə baş çəkməsi, görməli və təbii 
								mənzərəli yerlərini gəzməsi, füsunkar 
								təbiətimizin canlı nümunələri və xalqımızın 
								adət-ənənələri, hədsiz qonaqpərvərliyi və 
								istiqanlılığı ilə yaxından tanış olmaları 
								onlarda, bütövlükdə Azərbaycan haqqında olan 
								fikirlərin yeniləşməsinə gətirib çıxaracaqdır. 
								Qədim Azərbaycan torpağı olan Astara rayonunun 
								Miki kəndində uzun əsrlərin sınağından keçib bu 
								günə qədər gəlib çıxan maddi-mənəvi abidələrlə 
								tanışlıq onlarda daha böyük təəssürat oyatdı.  
								 
								
								Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini 
								ziyarət edərək xatirəsini böyük ehtiramla yad 
								ediblər. Heydər Əliyev Mərkəzində şəkil, stend 
								və eksponatlara baxan qonaqlar Mərkəzə xeyli 
								sayda kitab hədiyyə etmişlər. Astara Rayon İcra 
								Hakimiyyətinin başçısı M.Quliyev qonaqları qəbul 
								etmiş və rayona gəldiklərinə görə onlara öz 
								minnətdarlığını bildirmişdir.     
								
								Aprelin 11-də Astara Pedaqoji Kollecində 
								hörmətli qonaqlarla tələbə və müəllim 
								kollektivinin görüşü keçirilmişdir. Çıxış edən 
								qonaqlar kollecin direktoru, fəlsəfə doktoru, 
								respublikanın əməkdar müəllimi, dosent, Rusiya 
								Fəlsəfə Cəmiyyətinin üzvü Əlihəsən Həmzəyevə öz 
								minnətdarlıqlarını bildirmişlər. Azərbaycan 
								xalqına, Azərbaycan dövlətinə öz isti 
								münasibətlərini bildirən rusiyalı alimlər 
								forumla bağlı fikirlərini çatdırıblar. Onlar 
								birmənalı şəkildə bildirmişlər ki, 
								mədəniyyətlərarası dialoq bəşəriyyəti onu 
								gözləyən  məhvdən və xaosdan xilas edəcək və bu 
								beynəlxalq forumun Azərbaycanda keçirilməsi 
								təsadüfi deyil. Kollecin müəllimlərindən şöbə 
								müdirləri Nəsir Süleymanov, Əliheydər Həmzəyev 
								və musiqi müəllimi Aybəniz Dadaşova qonaqları 
								hərarətlə salamlamış, onlara kollecə 
								gəldiklərinə görə minnətdarlıq etmişlər.         
								
								
								
								Azad ABDULLAYEV  | 
								  |