| 
								 
								12 nömrəli Bakı peşə məktəbinin uğurları son 
								illər xeyli artıb. Məktəbin maddi-texniki bazası 
								ildən-ilə möhkəmlənib, qorunub və inkişaf 
								etdirilib. Pedaqoji kollektivin zəhməti 
								nəticəsində zənginləşən fənn kabinetləri, 
								laboratoriyalardan şagirdlər lazımınca istifadə 
								edirlər. Təhsil ocağında müəllimlərin yaxşı 
								işləməsi, şagirdlərin isə seçdikləri peşələrə 
								dərindən yiyələnməsi üçün hər cür şərait 
								yaradılıb. 
								
								169 şagirdin təhsil aldığı peşə məktəbində qadın 
								bərbəri - manikürçü, mühasib-fərdi kompüter 
								operatoru və s. peşələr üzrə kadrlar hazırlanır. 
								
								Məktəbin direktoru Fərman Aslanov bildirdi ki, 
								təhsil ocağında qadın bərbəri-manikürçü peşəsi 
								üzrə modul sistemi tətbiq olunub. Bununla 
								yanaşı, şagirdlər təcrübə keçməklə seçdikləri 
								peşələrin sirlərinə dərindən yiyələnirlər. 
								
								İstehsalat təlimi ustalarından Mərziyə 
								İsmayılova, Şəfiqə Bağırova, Səbinə Səfərova və 
								Türkan Rzayeva öz peşələrini şagirdlərə həvəslə 
								öyrədirlər. 
								
								
								Şakir CƏFƏROV  |