| 
								 
								  NDU-da 
								keçirilən ənənəvi "Mirzə Cəlil günləri" 
								çərçivəsində universitetin elmi kitabxanasında 
								görkəmli yazıçı, dramaturq və publisist Cəlil 
								Məmmədquluzadənin anadan olmasının 142-ci 
								ildönümünə həsr olunmuş sərgi açılıb. Sərgi 
								ədibin zəngin irsinin təbliği baxımından böyük 
								əhəmiyyət kəsb edir. Cəlil Məmmədquluzadənin 
								əsərlərilə yanaşı, sərgidə digər müəlliflərin 
								görkəmli ədibin həyat və yaradıcılığına həsr 
								olunmuş kitabları, arxiv sənədləri, fotolar da 
								öz əksini tapıb.  
								
								Sərgidə Əziz Mirəhmədov, Əziz Şərif, Məmməd 
								Cəfər, Qulam Məmmədli, İsa Həbibbəyli kimi 
								görkəmli mirzəcəlilşünasların sanballı 
								monoqrafiyaları ilə yanaşı Allahverdi Məmmədov, 
								Azər Əliyev kimi ədəbiyyatşünasların böyük 
								ədibin dramaturgiyası, satirik publisistikası və 
								nəsr yaradıcılığı ilə bağlı maraqlı tədqiqat 
								əsərləri də  yer alıb.   
								
								
								
								Çinarə MƏMMƏDOVA, 
								NDU-nun mətbuat tarixi  
								
								 
								ixtisası üzrə II kurs magistrantı  | 
								  |