| 
								 
								 Aprelin 
								7-də ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 88-ci ildönümü ilə əlaqədar Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin Xətai - Suraxanı 
								bölməsinin tarix fənni üzrə  seminarı keçirilib. 
								Seminarda Xətai-Suraxanı bölməsinin metodistləri 
								və tarix müəllimləri iştirak ediblər. 
								
								Seminarda Xətai - Suraxanı bölməsinin 
								metodistləri K.Həsənova, M.Şərifov və tarix 
								müəllimləri çıxışlarında qeyd ediblər ki, Heydər 
								Əliyev irsinin öyrənilməsi müəllimlərin ən 
								önəmli vəzifələrindən biridir. Hər bir müəllim 
								müasir Azərbaycan dövlətinin banisi  Heydər 
								Əliyevin siyasi irsini öyrənməli və onu 
								dərslərində  tətbiq etməlidir. 
								
								Çıxış edənlər Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə 
								əlaqədar məktəblərdə milli  vətənpərvərlik 
								tədbirlərinin keçirilməsi və ümummilli lider 
								Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin 
								möhkəmləndirilməsi və inkişafında göstərdiyi 
								misilsiz xidmətlərindən danışıblar.  
								
								 Sonra 
								Bakıdakı 171 nömrəli orta məktəbin  tarix 
								müəllimi Həcər Əlişova çıxış edərək qeyd edib ki, 
								dövlətin yaranmasında, təşəkkülündə şəxsiyyət  
								doğrudan da çox böyük rol oynayır. Bu,  öz 
								müstəqil dövlətini yaradan ölkələr üçün daha çox 
								xarakterikdir.  
								
								Bildirildi ki, ikinci dəfə xalqın iradəsi ilə 
								hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanın 
								müstəqilliyinin təminatçısı və dövlətinin 
								qurucusu kimi gördüyü tarixi işlərdən biri də 
								vahid Azərbaycançılıq ideologiyasını 
								yaratmağıdır. Heydər Əliyevin əsas məqsədi dünya 
								azərbaycanlılarını müstəqil Azərbaycan 
								Respublikası ətrafında birləşdirmək və qüvvəsini 
								dövlətçiliyimizin inkişafına sərf etməkdən 
								ibarət idi. 
								
								Bakıdakı 257 nömrəli məktəbin müəllimi  Bəxtiyar 
								İsrafilov, 55 nömrəli məktəbin müəllimi Zümrüd 
								Həzrətquliyeva, 95 nömrəli məktəbin müəllimi 
								Nigar Əliyeva və 265 nömrəli məktəbin müəllimi 
								Elçin Mirzəbəyovun da mövzu ilə bağlı maraqlı 
								çıxışları dinlənilib.             
								
								
								
								Şakir CƏFƏROV    |