| 
								 
								 Türkiyə 
								Cümhuriyyətinin İstanbul Universitetinin iqtisad 
								fakültəsinin müəllimi, professor Nevzat 
								Yalçıntaş və bir qrup nümayəndə Naxçıvan Dövlət 
								Universitetində oldu. Qonaqlar universitet 
								ərazisini gəzərək buradakı maddi-texniki baza, 
								təhsil sistemi ilə yaxından tanış oldular.
								 
								
								Heyətlə keçirilən görüşdə rektor, akademik İsa 
								Həbibbəyli eyni soykökə malik türk xalqlarının 
								əbədi və əzəli birliyindən, türk dünyasının iki 
								böyük siyasi lideri Mustafa Kamal Atatürk və 
								Heydər Əliyevin birlik ideyalarının bu gün də 
								uğurla davam etdirilməsindən danışdı. Vurğulandı 
								ki, Naxçıvan Dövlət Universiteti Türkiyə 
								Cümhuriyyətinin əksər universitetləri ilə 
								çoxcəhətli tərəfdaşlığa malikdir. 
								
								Sonra professor Nevzat Yalçıntaş səfər 
								təəssüratlarını məmnunluqla bölüşdü, "XXI əsrdə 
								türk birliyi" mövzusunda məruzə etdi. Qeyd 
								olundu ki, 90-cı illərdə demokratik proseslərin 
								inkişafı, sovet imperiyasının süqutu türkdilli 
								dövlətlərin milli müstəqilliyə qovuşmasına, öz 
								tarixi köklərinə, milli mənsubiyyətlərinə 
								qayıtmasına sürətli təkan verdi. XXI əsrin 
								əvvəllərindən etibarən türk dünyasının mənəvi, 
								siyasi, iqtisadi birliyi istiqamətində 
								əhəmiyyətli addımlar atılmaqdadır. Natiq 
								türkdilli ölkələrin dövlət başçılarının IX  və X 
								zirvə torlantılarının əhəmiyyətindən,  2009-cu 
								ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 
								yaradılmasından, 2010-cu ildə Şimali Kirrdə "XXI 
								əsrdə türk dünyası" simroziumunun 
								keçirilməsindən, müasir dövrdə türk birliyinin 
								mövcud reallıqlarından və gələcək 
								rersrektivlərindən bəhs etdi. Məruzəçi 
								xatırlatdı ki, qardaş Türkiyə Azərbaycanın milli 
								müstəqilliyinin, ərazi bütövlüyünün, siyasi 
								maraqlarının müdafiəsinə  hər zaman dəstək 
								olacaq.  Sonda professor Nevzat Yalçıntaş  öz 
								yeni əsərlərini hədiyyə etdi.  
								
								
								
								Mehriban SULTAN  | 
								  |