| 
								 
								Ankaradakı Qazi Universitetində tələbələr 
								arasında ən yaxşı pyes müsabiqəsinin yekunlarına 
								həsr olunmuş mərasim keçirilmişdir.  
								
								Azərbaycanın Türkiyədəki səfirliyinin 
								əməkdaşlarının da iştirak etdiyi mərasimdə 
								ermənilərin qətlə yetirdiyi türk diplomatlarının 
								xatirəsinə həsr olunmuş ən yaxşı səhnə 
								əsərlərinin müəlliflərinə mükafatlar təqdim 
								olunmuşdur.  
								
								Şəhid olmuş diplomatlardan Türkiyənin Fransadakı 
								səfiri İsmayıl Erezin həyatından bəhs edən "Göl, 
								kök və söyüd ağacı" tamaşasından sonra mərasimdə 
								çıxış edən Qazi Universitetinin professoru Hale 
								Şıvqın bildirmişdir ki, erməni məsələsi 
								Türkiyənin ən çətin problemlərindən biridir. 
								Ermənilərin "soyqırımı" iddialarının 
								qəbuledilməz olduğunu diqqətə çatdıran natiq 
								əlavə etmişdir ki, müsabiqənin əsas məqsədi 
								gənclərin bu məsələni dərindən öyrənməsidir.
								 
								
								Səfir Engin Lütem də çıxışında bu müsabiqənin 
								erməni terrorunun qurbanı olmuş diplomatların 
								xatirəsinin anılması və bu həqiqətlərin 
								unudulmaması baxımından əhəmiyyətini 
								vurğulamışdır.  
								
								Türkiyə parlamentinin sədri Sadık Yaqut 
								müsabiqənin qalibi olmuş tələbə Oğuz Şükrü Enerə 
								mükafatını təqdim etmişdir.  
								
								"Təpələrdən səs gəldi" pyesi ilə müsabiqənin 
								üçüncüsü olmuş tələbə Ayşənur Kılıcərə mükafatı 
								Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov 
								təqdim etmişdir.   |