| 
								 
								 Azərbaycan 
								Dillər Universitetində TEMPUS layihəsi 
								çərçivəsində "Azərbaycanda yazılı və şifahi 
								tərcümənin tədrisində islahatlar" mövzusunda 
								təlimlərə start verildi. TEMPUS proqramı 
								çərçivəsində keçirilən təlimlərdə ADU ilə 
								yanaşı, Naxçıvan Dövlət Universiteti, Lənkəran 
								Dövlət Universiteti, Gəncə Dövlət 
								Universitetinin əməkdaşları da iştirak ediblər. 
								Çıxışçılar ədəbi-bədii tərcümə, reklam 
								tərcüməsi, elmi əsərlərin tərcüməsi sahəsində 
								qarşıya çıxan çətinliklər, tərcümənin dəqiqliyi, 
								xarici və yerli tərcüməçilərin oxşar və fərqli 
								cəhətlərini, eləcə də ali təhsil müəssisələrində 
								tərcüməçilik ixtisasının tədrisi məsələlərini 
								müzakirə ediblər.  Mövzular ətrafında geniş 
								fikir mübadiləsi aparılıb.  
								
								Xatırladaq ki, ADU-nun  "Azərbaycanda şifahi və 
								yazılı tərcümənin tədrisində islahatlar" adlı 
								layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü 
								Çağırış üzrə elan etdiyi müsabiqədə qalib 
								gəlmişdir.  Sözügedən layihənin seçilməsi 
								Azərbaycan təhsil sisteminin böyük nailiyyəti 
								kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan 
								universitetin Avropa Birliyi layihəsində ilk 
								idarəçiliyi  və Avropa universitetlərinin 
								Azərbaycan tərəfindən ilk koordinasiyası 
								olacaqdır. Layihənin məqsədi Boloniya prosesinin 
								tələblərini  nəzərə almaqla Azərbaycanda 
								tərcümənin tədrisində islahatlar aparmaq, tədris 
								planlarını, tədris və təlim prosesini daha da 
								təkmilləşdirməkdir.   
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |