| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		"Şəffaf 
		Təhsil Şəbəkəsi" layihəsinin təqdimatı   | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Bu 
								günlərdə ADU-da "Şəffaf Təhsil Şəbəkəsi" 
								layihəsinin təqdimatı keçirildi. "Yuva" 
								Humanitar Mərkəzinin layihələr koordinatoru 
								Toğrul Ələkbərov  layihə haqqında  tələbələrə 
								məlumat verdi. "Şəffaf Təhsil Şəbəkəsi" 
								layihəsinin Azərbaycanda 2008-ci ildən həyata 
								keçirildiyinə toxunan  layihə koordinatoru 
								bildirdi ki, proqramın artıq ikinci fazasına 
								start verilib. Layihənin həyata keçirilməsi 
								zərurətindən danışan T.Ələkbərov  2 əsas prinsip 
								üzrə fəaliyyət göstərdiklərini vurğuladı.  O, 
								layihənin həyata keçirilməsində əsas məqsədin 
								təhsildə şəffaflığın təbliğ edilməsi, neqativ 
								hallara qarşı gənclərin şəbəkələşməsi və bu 
								mövzuda maarifləndirilməsindən ibarət olduğunu 
								tələbələrin diqqətinə çatdırdı. Ali təhsil 
								ocaqlarında davranış kodeksinin yaradılmasının 
								vacibliyini bildirən layihə koordinatoru 
								kodeksin təhsildə mövcud olan problemlərin 
								aradan qaldırılmasına yardımçı olacağını qeyd 
								etdi.  
								
								Sonra tədbir sual-cavab şəraitində davam etdi. 
								Toğrul Ələkbərovun sözlərinə görə, layihənin 
								təqdimatı Azərbaycan Dövlət Neft Akademiyası 
								(ADNA), Azərbaycan Dövlət İqtisad Universiteti 
								(ADİU), Azərbaycan Texniki Universiteti (AzTU) 
								və Bakı Dövlət Universitetində (BDU) də 
								keçiriləcək. Xatırladaq ki, "Şəffaf Təhsil 
								Şəbəkəsi" ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 
								(USAİD) maliyyə  dəstəyi ilə həyata keçirilir və 
								özündə 4 ölkəni cəmləşdirir.  
								
								
								
								ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat 
								xidməti  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |