| 
								 
								 Bakı 
								Dövlət Universitetinin rektoru, akademik Abel 
								Məhərrəmov Avropanın TEMPUS proqramı  
								çərçivəsində Bakı Dövlət Universiteti və 
								İngiltərənin Westminster Universiteti arasında 
								magistratura pilləsi üzrə distant təhsilin 
								reallaşmasına hazırlıq məqsədilə gəlmiş layihə 
								təşkilatçılarını qəbul edib.  
								
								BDU-da 37 beynəlxalq qrant və proqramların 
								həyata keçirildiyini deyən rektor layihələrin 
								əsasən elmi innovasiyalar - nanotexnologiyalar 
								və immunologiyalarla bağlı olduğunu bildirib.
								 
								
								Biologiya fakültəsinin dekanı, professor Akif 
								Quliyev layihənin tətbiqi ilə əlaqədar məlumat 
								verib.  
								
								On bir nəfərlik nümayəndə heyətinin layihə 
								koordinatoru İngiltərənin Westminster 
								Universitetindən Nino Porakişvili universitetlə 
								tanışlıqdan, biologiya fakültəsində layihənin 
								tətbiqindən məmnunluğunu ifadə edib və 
								əməkdaşlığın davamlı olacağına inamını qeyd 
								edib.  
								
								İngiltərənin Westminster, Fransanın Breatgne 
								Occidentale, İtaliyanın LTAqulia, Gürcüstanın 
								Tbilisi Dövlət Universitetlərindən olan layihə 
								üzvləri səfər çərçivəsində fakültənin həyatı, 
								müasir standartlara cavab verən 
								laboratoriyaları, tədris prosesi ilə tanış olub, 
								mühazirələr oxuyublar. 
								
								Onu da xatırladaq ki, Avropanın TEMPUS 
								proqramının  biologiya fakültəsində I layihəsi 
								İmmunologiya laboratoriyasının  yaradılması 
								olub.  
								
								
								
								Pərvanə İBRAHİMOVA, 
								BDU-nun Mətbuat və informasiya  şöbəsinin 
								rəhbəri   |