| Xüsusi olimpiyaçılar arasında həndbol yarışlarının qalibləri bəlli olub | |
| 
     Xüsusi olimpiyaçı qızlar arasında həndbol üzrə respublika seçmə yarışları keçirilib. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən verilən məlumata görə, yarışlar 4 nömrəli xüsusi internat məktəbində təşkil edilib. 
 Yekun nəticələrə əsasən, birinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi birinci yeri tutub. İkinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi qalib olub. Üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası ilk pillədə qərarlaşıb. 
 Rəşad ZİYADOV 
  | 
  |
| 
      | 
     16.04.2019 | 13:42 | 
| 
 | 
  |
| 
 | |