| Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib | |
| 
    						 Bülbülün Memorial Muzeyində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin səhnələşdirdiyi ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim olunub. 
 Sonda “Nəsimi” filmindən şairin “Sığmazam” qəzəlinin ifa olunduğu parça nümayiş etdirilib. 
 Qeyd edək ki, 2018-ci ilin sentyabrından ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. 
 Sifai SƏFƏROVA 
  | 
  |
| 
      | 
     18.03.2019 | 18:36 | 
| 
 | 
  |
| 
 | |