| İmişli məktəbliləri şahmat yarışında | |
| 
     İmişli rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika şahmat festivalının II (rayondaxili) mərhələləri üzrə yarış keçirilib. 
 Yarışda rayonun ümumi təhsil məktəblərində “Şahmat” fənni tədris olunan pilot məktəblərinin 2, 7 nömrəli şəhər, Şahverdli və Yalavac kənd tam orta məktəblərinin şagirdləri iştirak edib. 
 2-4-cü sinifləri əhatə edən yarışda həmin məktəblərdən ümumilikdə 24 nəfər şagird iştirak edib. Ümumi nəticədə 2 və 7 nömrəli məktəblərin şagirdləri yarışın qalibi olublar. 
 Qaliblər respublika şahmat festivalının zona mərhələsində iştirak edəcəklər. 
 Vilayət ƏLİYEV, İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi 
  | 
  |
| 
      | 
     03.03.2019 | 14:35 | 
| 
 | 
  |
| 
 | |