Dünyanın ən ağıllı ölkələrinin reytinqi açıqlanıb | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məlumdur ki, müasir dünya düzənində ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas faktorlardan biri yüksək intellektli insan kapitalıdır. Məhz cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan yüksək bilik və səriştələrə, bacarıqlara malik insanın yetişdirilməsi milli təhsil sistemləri və ölkələr qarşısında duran mühüm vəzifələrə çevrilib. Son vaxtlar ayrı-ayrı qurumlar tərəfindən aparılan tədqiqatlar müxtəlif ölkələrin inkişafında məktəb təhsilinin və intellektual səviyyənin keyfiyyətini üzə çıxarmağa imkan verir.
Böyük Britaniyanın “Vouchercloud” portalı dünyanın ən ağıllı ölkələrinin reytinq cədvəlini tərtib edib. Reytinqdə dominantlıq Avropa və Asiya ölkələrinə məxsusdur. Reytinqin nəticələrinə əsaslanan “Forbes” jurnalının məlumatına görə, planetin gələcəyi Asiya ölkələrindədir. Jurnal yazır ki, insanın Yer üzərində məskunlaşdığı qısa müddət ərzində bir çox dəyişikliklərə nail olunub: insanlar atomu parçalamağı, kosmosa uçmağı öyrənə, heyvanlar üçün zond icad edə biliblər. Bütün bunlar insanların ən ağıllı varlıq olduğu barədə fikir yaradır. Lakin bunlar bir insanın deyil, əksər hallarda kollektiv səylərin nəticələridir.
“Vouchercloud”un reytinqində dünyanın ən ağıllı əhalisi olan 25 ölkəsi yer alıb. Reytinq hər bir ölkədə Nobel mükafatı laureatlarının sayına, əhalinin təhsil sahəsində uğurları və orta intellektual (İQ) səviyyəsinə əsaslanıb. 3 faktor ölkənin intellektual keçmişi, bu günü və gələcəyi barədə təsəvvür yaradır.
Əsasən Asiya və Avropa ölkələrinin yer aldığı reytinqə Yaponiya başçılıq edir. Yaponiyanın siyahının zirvəsində olmasına üç yüksək qiymətləndirmə meyarı imkan verib. Belə, ki, Yaponiya məktəblərdə təhsilin nəticələrinə görə beşinci, Nobel mükafatı laureatlarının sayına və İQ əmsalına görə 6-cı sıranı tutub.
ABŞ reytinqdə dördüncü yeri tutub, belə bir nəticəyə bu ölkə, ilk növbədə, Nobel mükafatı laureatlarının sayına görə layiq görülüb. ABŞ-ın bütün tarixi ərzində onların sayı 368 nəfər olub. Böyük Britaniya bu göstərici üzrə dünyada ikinci yeri tutur, bu ölkədə Nobel laureatlarının sayı ABŞ-da olduğundan 3 dəfə azdır. Lakin İQ səviyyəsinə görə ABŞ dünyada 28-ci, təhsil uğurlarına görə isə 13-cü yeri tutur. Çin əhalisinin yüksək intellekt səviyyəsinə görə 3-cü yeri tutub.
İlk onluqda beş Avropa ölkəsi yer alıb: İsveçrə 2-ci, Niderland 5-ci, Rusiya 6-cı, Belçika 7-ci, Böyük Britaniya isə 8-ci yerdədir. Siyahıda 25 -ci yerdə olmasına baxmayaraq, Sinqapur IQ səviyyəsinə və əhalinin təhsil müvəffəqiyyətləri üzrə birinci olub. Lakin Nobel laureatları olmadığına görə Sinqapur ən ağıllı ölkələrin siyahısında 25 yeri tutur. Baxmayaraq ki, məhz bu ölkənin vətəndaşları dünyada ən ağıllıdırlar və məhz onların məktəb müvəffəqiyyətləri dünyada birincidir.
Reytinqdə ən nüfuzlu beynəlxalq mükafatların sayına görə Qərb ölkələri üstünlük təşkil etsə də balans tezliklə Asiya ölkələrinin xeyrinə dəyişəcək. IQ səviyyəsi üzrə ölkələrin siyahısında liderlik məhz Asiya dövlətlərinə məxsusdur. Qərb ölkələrindən yalnız Finlandiya səkkizinci mövqeni tuta bilib.
“Vouchercloud” Şərqi Asiya ölkələrinin göstəricilərinə xüsusi diqqət yetirir. Cənubi Koreya, Tayvan və Sinqapur yüksək intellektli sakinlərin və təhsilli gənclərin sayına görə liderlik edir, ümumi reytinqdə isə onlar yalnız Nobel laureatlarının sayının az olmasına görə geri qalırlar.
Daha ətraflı www.vouchercloud.com/resources/worlds-smartest-countries səhifəsindən məlumat almaq olar.
Nobel laureatları
Bu kriteriya üzrə, bir qayda olaraq, Qərb ölkələri reytinqdə üstünlük təşkil edirlər. Yalnız Yaponiya (6), İsrail (15), Hindistan (18), Cənubi Afrika (18) və Çin (21) bu kateqoriyada fərqlənə biliblər. Gələcək illərdə isə radikal sıçrayışlar nəticəsində Asiya ölkələrinin Avropanı qabaqlayacağı gözlənilir.
Milli IQ
6 ən yaxşı ölkəyə baxın! Hamısı Asiya ölkələridir. Qeyri Asiya ölkəsi olan Finlandiya onlardan 3 xal geridədir.
Bu kateqoriyada Lixtenşteyn və Monqolustanın yer alması gözlənilməz məqamlardandır.
Məktəbin nailiyyətləri
Uşaqlar gələcəkdir və bu gələcək 5 hərfdən ibarət olan qitəyə - Asiyaya aiddir, reytinqin ilk 5 ölkəsi məhz Asiyanın payına düşür. Rusiya Avropanı altıncı yerdə təmsil edir, ABŞ 13-cü yerdədir, Böyük Britaniya siyahıda görünmür. Daha bir sürpriz isə Qazaxıstanla bağlıdır, bu ölkə gözlənilmədən istedadlı məktəblilərin reytinqində 9-cu yeri tutub.
Oruc MUSTAFAYEV |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
18.01.2019 | 11:33 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|