| AzTU-nun tələbəsi karate üzrə çempion oldu | |
| 
     21-23 dekabr tarixlərində karate üzrə XXI Respublika çempionatı və “Avropa kəməri” uğurunda Azərbaycanda keçirilən yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi də iştirak edib. Yarışda AzTU-nun Avtomatika və kompüter texnikası fakültəsinin I kurs tələbəsi Əli Abbaszadə bütün rəqiblərinə qalib gələrək, 7 qat çempion və “Avropa kəməri”nin sahibi olub. 
 AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çempionla görüşərək, onu təbrik edib və uğurlar arzulayıb.  | 
  |
| 
      | 
     24.12.2018 | 16:30 | 
| 
 | 
  |
| 
 | |