İqrar Nəzərov: Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı "Yarış, əylən, öyrən" devizi altında keçiriləcək | |
Bu il Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı "Yarış, əylən, öyrən" devizi altında keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, festivalda başqa yeniliklər də olacaq:
"Festivalın loqosu dəyişdirilib və yaşıl dünya naminə elementi əlavə olunub. 220 mindən artıq şagirdi əhatə edən festivala gələn il 280 min şagirdin qatılacağı gözlənilir. Builki SAF-da 9 kateqoriyadan 8-i yaşıl STEAM-a həsr edilib. İştirakçılar ekoloji məsələləri həll etməlidirlər. Festivala qatılan ibtidai sinif şagirdləri animasiyalar yaradacaqlar.
İqrar Nəzərov qeyd edib ki, artıq 2500 nəfər qeydiyyatdan keçib. Həmişə dekabrda keçirilən festivalın vaxtı COP29-la əlaqədar irəli çəkilib.
"Qeydiyyatdan keçənlərin 35 faizi Bakı, 55 faizdən çoxu rayonalardan, 10 faizə yaxını isə xarici ölkələrdən olan iştirakçılardır. İştirakçı ölkələr arasında Özbəkistan və Qırğızıstan da var. İlk dəfə ötən il Qırğıızıstanda, bu il isə Özbəkistanda STEAM mərkəzi açılıb. Ümumilikdə festivala 20 ölkədən iştirakçıların qatılacağı gözlənilir".
Qeyd edək ki, festival ölkəmizdə artıq 4-cü ildir yerli və xarici komandaların iştirakı ilə keçirilir.
Ruhiyyə DAŞSALAHLI
|
|
26.09.2024 | 11:33 | |
|
|
|