“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb | |
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqəyə ümumilikdə 42 özəl məktəbəqədər təhsil müəssisəsi tərəfindən müraciət daxil olub.
Hazırda müsabiqə iştirakçılarına və sənədlərə verilən tələblər yoxlanılır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
|
|
19.08.2024 | 17:19 | |
|
|
|