| UFAZ tələbəsi Rose-Hulman Texnologiya İnstitutunda ali təhsil üzrə tədqiqatlar proqramına qəbul olunub | |
| Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə tələbəsi Zaur Budaqov ABŞ-nin İndiana ştatında yerləşən Rose-Hulman Texnologiya İnstitutunda bakalavr dərəcəsi üzrə tədqiqat proqramına qəbul olunub. 
 UFAZ-dan” Azərbaycan müəllim”nə bildirib ki, tədqiqat proqramı çərçivəsində Zaur Budaqov həftəlik 500 dollar məbləğində təqaüd alacaq. Proqram, həmçinin onun qalma xərclərini də qarşılayacaq. O, Rose-Hulman İnstitutunda təhsil aldığı sahədəki yeniliklərlə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcək. 
 Qeyd edək ki, Rose-Hulman Texnologiya İnstitutu 1874-cü ildən fəaliyyət göstərir və Amerika Birləşmiş Ştatlarının mühəndislik sahəsi üzrə ən yüksək reytinqli kolleclərindən biri kimi tanınır. İnstitutun İndianada yerləşən kampusu ölkənin ən parlaq STEM istedadlarını bir araya gətirən mərkəzdir. 
 
 | |
|   | 06.05.2024 | 17:18 | 
|  | |
|  | |