| Biologiya və coğrafiya fənləri üzrə RFO-nun final turunun yekun nəticələri elan edilib | |
| 
	Şagirdlər nəticələrlə əlaqədar portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər. 
	"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər. 
	Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. | |
|   | 03.05.2024 | 12:47 | 
|  | |
|  | |