| Yaz semestrində təhsil krediti alanların sayı açıqlanıb | |
| 
	2023-2024-cü tədris ilinin yaz semestrində Təhsil Tələbə Krediti Fonduna (TTKF) 7449 tələbə müraciət edib. Onlardan 5855 tələbəyə kredit verilib. 
	Bu barədə “Azərbaycan müəllimi”nə TTKF-dən məlumat verilib. 
	Bildirilib ki, Fond 1786 tələbəyə Sosial Təhsil Tələbə Kreditini, 4069 tələbəyə isə standart Təhsil Tələbə Kreditini rəsmiləşdirib. | |
|   | 02.05.2024 | 15:25 | 
|  | |
|  | |