| 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında məktəblilərimiz uğur qazanıblar | |
| 20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib. 
 Milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb. 
 Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 nəfər şagird bürünc medal qazanıb. 
 Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir. 
 Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik! 
 | |
|   | 26.04.2024 | 17:22 | 
|  | |
|  | |