| Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb | |
| Bakı Ali Neft Məktəbində (BANM) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb. 
 Bu barədə “Azərbaycan müəllimi” nə BANM-dan məlumat verilib. 
 Bildirilib ki, bu tədris ilindən hər ixtisas üzrə 50 nəfərin qəbulu planlaşdırılıb. 
 Qeyd edək ki, BANM-da Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı, maliyyə, menecment və layihələrin idarə olunması) ixtisasları üzrə tədris həyata keçirilir. 
 Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 manat məbləğindədir. 
 | |
|   | 26.04.2024 | 11:07 | 
|  | |
|  | |