| Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır | |
| 
     
	Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.  
	Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. 
	Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək. 
  | 
  |
| 
      | 
     01.04.2024 | 14:46 | 
| 
 | 
  |
| 
 | |