| Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib | |
| 
     
	Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi mütəmadi olaraq orta ixtisas təhsili müəssisələrində monitorinqlər həyata keçirir. Daha bir monitorinq martın 5-də Ağdaş Dövlət Humanitar Kollecində keçirilib.   
	Agentlikdən bildirilib ki, monitorinq zamanı kollecdə müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış olub. Aşkarlanan nöqsanlar nəticəsində agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. 
  | 
  |
| 
      | 
     01.04.2024 | 10:37 | 
| 
 | 
  |
| 
 | |