| AzMİU-nun debatçıları Debat Forumunun çempionu olub | |
| 
     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Heç bir Ehtimal yoxdur" debat komandası mövsümün ən rəqabətli və maraqlı layihələrindən olan “Bakı Gənclər Debat Forumu: Qış, 2024” ün qalibi olub. 
 Forum Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, DVC-nin təşkilatçılığı və Dünya Məktəbinin ev sahibliyi ilə keçirilib. 
 "Kriptovalyuta birjasının təhlükəsizliyinin təmin olunmasında dövlət tənzimlənməsi labüddür" mövzusuna həsr olunan və ümumilikdə 37 komandanın iştirak etdiyi foruma AzMİU 5 komanda (“Heç bir Ehtimal yoxdur”, “Gəl Qaytar Eşqimi”, “The Beatles”, “Смутное Время” və “Депутаты Без Откатов”) ilə qatılıb. 
 Finalda isə AzMİU-nun "Heç bir Ehtimal yoxdur" və Bakı Dövlət Universitetinin "Kapitan Qrantın uşaqları" komandaları qarşı-qarşıya gəlib. "Heç bir Ehtimal yoxdur" komandası qalib gələrək "BGDF Qış 2024"ün çempionu adını qazanıb. 
 Turnirin ən yaxşı məşqçisi Sənan Atayev seçilib.  | 
  |
| 
      | 
     29.02.2024 | 13:02 | 
| 
 | 
  |
| 
 | |