| Sumqayıt Dövlət Universitetində 2388 tələbə təkrar imtahanda iştirak edib | |
| 
     Sumqayıt Dövlət Universiteti (SDU) başa çatmış imtahanların nəticəsinə dair məlumat açıqlayıb. 
 Bildirilib ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında 5745 bakalavr iştirak edib, onlardan 3835 tələbə imtahanları müvəffəqiyyətlə başa vurub, 1910 tələbənin isə akademik borcu yaranıb ki, bu da müvəffəqiyyət göstəricisinin 67% olması ilə nəticələnib. Əvvəlki tədris ilinin imtahan nəticələrinə uyğun müvəffəqiyyət göstəricisi isə 90% olub. 
 Akademik borcu yaranan tələbələrdən 1 və bəzilərində 2 imtahan olmaqla, ümumilikdə 2388 nəfər təkrar imtahanda iştirak edib. 
 1278 nəfər tələbənin Apelyasiyaya müraciəti qeydə alınıb. 
  | 
  |
| 
      | 
     21.02.2024 | 11:41 | 
| 
 | 
  |
| 
 | |