| UFAZ-da yaz semestri başlayıb | |
| 
     Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz semestrinə start verilib. 
 Ali məktəbdən bildirilib ki, UFAZ-da davamlı qiymətləndirmə sistemi tətbiq edilir və yeni sistemə əsasən, buraxılış semestr imtahanları ləğv edilib, 3 müxtəlif tapşırıq və ya aralıq imtahan semestrin sonuna kimi qiymətləndirmə üçün yekunlaşdırılır. Nəticədə tələbələr semestr boyu bütün fənləri öyrənir və ardıcıl olaraq hazırlaşırlar. Bu qərar UFAZ-ın Elmi Komitəsinin tövsiyəsi əsasında İcraiyyə Komitəsinin iclasında təsdiq edilib. 
 Onu da qeyd edək ki, UFAZ-da tədris ilinin başlama və bitmə tarixləri akademik təqvimə uyğun olaraq hər il dəyişə bilər. 2023-2024-cü tədris ilinin payız semestri sentyabrın 11-dən dekabrın 29-dək davam edib.Yaz semestri yanvarın 29-dan mayın 27-dək davam edəcək. 
 
  | 
  |
| 
      | 
     06.02.2024 | 10:10 | 
| 
 | 
  |
| 
 | |