| “Gənc istedadlar” liseyinin 8 şagirdi “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin finalında | |
| 
     Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri tərəfindən təqdim olunmuş 14 layihədən 5-i “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin finalına vəsiqə qazanıb. 
 Universitetdən bildirilib ki, liseyin X sinif şagirdləri- Nihad Həşimov və Onur Allazov fizika, astronomiya, İlyas Muxtarov və Bəxtiyar Əmiraslanov kimya, Fuad Hüseynov biologiya istiqamətləri üzrə, IX sinif şagirdləri- Cabir Abbasov kimya, Cavidan Pənahlı və Aylin İsayeva mühəndislik istiqamətləri üzrə final turunda iştirak etmək hüququ əldə ediblər. 
 
  | 
  |
| 
      | 
     30.01.2024 | 13:03 | 
| 
 | 
  |
| 
 | |