| AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub | |
| 
     Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai Şurasının üzvləri, media nümayəndələri iştirak ediblər. 
 Əvvəlcə mediatur iştirakçıları AzTU-nun kampusunu ziyarət edib. 
 Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Daha sonra auditoriyalarda imtahanın gedişi izlənilib. Məlumat verilib ki, AzTU-da imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir. 
 Qeyd olunub ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir. 
 Mediaturda valideynləri və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 
  | 
  |
| 
      | 
     20.01.2024 | 10:41 | 
| 
 | 
  |
| 
 | |