| Baku ID 2024 nəzdində ilin birinci “Demo Day” tədbiri keçirilib | |
| 
     SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri keçirilib. Tədbir yerli startapların investorlarla əlaqələrini gücləndirmək və onları böyük çıxışa – Baku ID səhnəsinə hazırlamaq məqsədi daşıyır. İlk tədbirdə 9 yerli startap (“Hepard”, “Eventeam”, “Tredu”, “Wallegram”, “Supply Builds”, “Adlet”, “Uvodo” və “Push30”) öz ideyaları ilə investor qarşısına çıxıb. 
 Jüri qismində 1 yerli, 3 əcnəbi, ümumilikdə 4 vençür kapital şirkətindən dəvət olunmuş investor qrupu – “Startup Wise Guys”dan Günce Önür, “Presto Ventures”dan Tichomir Jenkit, “Caucasus Ventures”dan Məmməd Kərim, “212.VC”dən isə Özge Sevim iştirak edib. 
 Startaplar dinlənildikdən sonra investorlara maraqlı gələn məqamlar sual-cavab sessiyasında cavablandırılıb. 
 Qeyd edək ki, Baku ID-yə qədər növbəti aylarda silsiləvi “Demo Day” tədbirinin yenidən baş tutması nəzərdə tutulur. 
  | 
  |
| 
      | 
     17.01.2024 | 11:26 | 
| 
 | 
  |
| 
 | |