| Rektor imtahanların gedişatını izləyib | |
| 
     Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. 
 Qeyd edək ki, imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. 
 Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir. 
 Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. 
  | 
  |
| 
      | 
     13.01.2024 | 09:58 | 
| 
 | 
  |
| 
 | |