Zəfər Gününə həsr olunan rəsm müsabiqəsi başa çatıb

Bakı Dövlət Universiteti tələbələri arasında 8 Noyabr-Zəfər Gününə həsr edilən  rəsm müsabiqəsinə  yekun vurulub. Ali təhsil ocağının  Mədəniyyət-Yaradıcılıq Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin   təşkil etdiyi  yaradıcılıq müsabiqəsinin  nəticələri   Müsabiqə komissiyasi tərəfindən qiymətləndirilib. 30-dan çox tələbənin qatıldığı müsabiqədə  fizika fakültəsinin tələbəsi Nəzrin Əliyevanın rəsmi  I yerə, beynəlxalq  münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyevanın rəsmi  II yerə, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinovanın rəsmi III yerə və  həmin fakültənin  tələbəsi Anaxanım Kərimovanın rəsmi  IV yerə layiq görülüb.

 

Müsabiqədə yer qazanan rəsmlərin müəlliflərinə  diplom və pul mükafatı təqdim olunub.

 

Sifai SƏFƏROVA



01.12.2022 | 15:10