ADPU gəncləri Heydər Əliyev Mərkəzində ekskursiyada | |
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə TGT-nin İdarə Heyətinin 30 nəfər üzvü Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
Tələbələr mərkəzdə Ulu öndərin irsini, Azərbaycanın tarixi və mədəniyyətini, incəsənətini əks etdirən müxtəlif eksponatlar və virtual sərgilərlə tanış olmaqla yanaşı, eyni zamanda bu unikal məkanın tarixi və fəaliyyəti haqqında da bir sıra məlumatlar əldə ediblər.
Ekskursiyada Səbail rayonu Gİİ-nin rəis müavini Xasay Vəliyev və ADPU TGT-nin sədri İsmayıl Nəsirov da iştirak ediblər.
|
|
![]() |
08.05.2021 | 16:10 |
|
|
|