Avropada təqaüdlə təhsil imkanı | |
Azərbaycan Texnologiya Universiteti (UTECA) Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 1 tələbəsinə Almaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb.
Universitetdən bildirilib ki, proqrama universitetin yalnız I və II kurs tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.
Tələbələrin seçimi ÜOMG və Müsahibə meyarları əsasında aparılacaq.
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 aprel 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.
|
|
![]() |
19.04.2021 | 17:19 |
|
|
|