ADMİU tələbəsi beynəlxalq fotomüsabiqədə uğur qazanıb | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) operator sənəti ixtisasının 1-ci kurs tələbəsi Sadiq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.
2020-ci ilin mart ayından iyul ayına qədər davam edən fotomüsabiqədə S.Əliverdibəyli "Quatantine (COVID-19)" nominasiyası üzrə 120 ölkədən qatılan 3289 fotoqraf arasından seçilən qalib kimi TOP 15-də yer alıb. Açıqlanan nəticələrdə onun müəllifi olduğu "Washing Baku (Yuyunan Bakı)" adlı fotosu isə müsabiqəyə təqdim edilən 7828 foto içərisindən TOP 19-da qərarlaşıb.
Bu barədə ADMİU-dan bildirilib.
|
|
![]() |
22.02.2021 | 15:13 |
|
|
|