Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib | |
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun elmi işçisi Xatirə Qasımova ICAR-NIASM (Hindistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının Milli Abiotik Stress İdarəetmə İnstitutu) tərəfindən təşkil olunan “İqlim-Smart İnteqrasiya olunmuş Əkinçilik Sistemi (CİFS)”adlı vebinarda iştirak edib.
Vebinarın məruzəçisi ICAR-NIASM direktoru və vebinarın sədri Himanshu Pathak iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, inteqrasiya edilmiş əkinçilik sisteminin faydaları və IFS-nin CIFS-ə necə çevriləcəyi haqqında məlumat verib. Həmçinin, müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən CIFS-də iqlim dəyişikliyi, ekoloji və iqtisadi davamlılığa nail olmaq üçün aqroekoloji strategiyalar, quraq ərazilərdə əkinçilik sisteminin inkişafı barədə ətraflı məlumatlar çatdırılıb.
Vebinarda fəal iştirakına görə Xatirə Qasımovaya ICAR-NIASM-in direktoru Himanshu Pathak tərəfindən sertifikat təqdim olunub.
|
|
![]() |
02.12.2020 | 17:20 |
|
|
|