UNEC-in və digər ali məktəblərin gənc müəllimləri üçün təlimlər | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Pedaqoji fəaliyyətdə müasir tədris üsulları” mövzusunda onlayn təlimlərə start verilib.
Universitetdən bildirilib ki, 16-20 noyabr tarixlərində keçiriləcək təlimlər UNEC-ə yeni qəbul olunan gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, universitet nəzdində kolleclərin müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin də müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə təşkil olunacaq 5 günlük təlimlər ZOOM platforması üzərindən aparılacaq. İştirak etmək istəyənlər Qeydiyyatdan keçməlidirlər.
Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri və xarici ölkələrin (ABŞ Kanzas Universitetinin, Türkiyənin Ozan, Yıldız Texnik, Doqquz Eyül universitetləri) professorları tərəfindən keçiriləcək.
Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:
|
|
![]() |
16.11.2020 | 13:31 |
|
|
|