“Böyük Qafqazın təbii landşaftlarının mühafizəsi” | |
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu əməkdaşlarının “Böyük Qafqazın təbii landşaftlarının mühafizəsi” adlı kitabı çapdan çıxıb.
Coğrafiya üzrə fəlsəfə doktoru Qalib Rüstəmov və elmi işçi Almaz Rüstəmova, eləcə də BDU-nun müəllimi Tahir İbrahimovun həmmüəllifi olduqları monoqrafiya uzun illər aparılan tədqiqat materiallarının əsasında yazılıb. Kitabda Böyük Qafqazın fiziki-coğrafi səciyyəsi, onun qorunan ərazilərinin landşaftları, ekokimyəvi xüsusiyyətləri və mühafizəsindən söhbət açılır.
Oxucular antropogen təsirlərə daha çox məruz qalan Böyük Qafqaz regionun ekoloji durumuna təsir edən amillər haqqında geniş məlumatı kitabdan əldə edə bilərlər.
|
|
![]() |
08.10.2020 | 18:04 |
|
|
|