ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində online “MAGnUS Yay Məktəbi” –nin bağlanış mərasimi keçirilib.
Yay məktəbini bağlı elan edən ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara öz təşəkkürünü bildirib və gələcəkdə layihənin faydalı olmasını arzu edib.
“MAGnUS Online Yay Məktəbi”-nin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Ümumilikdə 6 partnyor universitetdən 44 bakalavr və magistr tələbə faydalanıb.
|
|
![]() |
27.07.2020 | 13:07 |
|
|
|