BDU-nun müəllimləri “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı vebinarda | |
Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müəllimləri - dosent Təranə Əkbərova və Xəyalə Mustafayeva “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı silsilə vebinarlarda iştirak ediblər. Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Ərəb Filologiyası kafedrasının təşəbbüsü ilə baş tutan vebinara dünyanın bir çox ölkələrindən mütəxəssislər qatılıb.
BDU-dan verilən məlumata görə, vebinarda “Ərəbşünas tələbələr üçün danışıq praktikası”, “Ərəb dili üzrə tərcüməçi-sinxronistlərin hazırlanması”, “Ərəb dilinin qeyri-ərəblərə tədrisindəki problemlər”, “İraqda qeyri-ərəblərə ərəb dilinin tədrisi təcrübəsi”, “Amerikada ərəb dilinin öyrənilməsi və beynəlxalq mədəni əlaqələr”, “İnfoqrafika ərəb dilinin tədrisində bir vasitə kimi” adlı məruzələr iştirakçıların böyük marağına səbəb olub.
Çıxışlarda pandemiya şəraitində ərəb dilinin onlayn tədrisində yaranan çətinliklər, onların həlli yolları, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi məsələləri, ərəb dilində olan elektron resurslar haqqında ətraflı məlumat verilib.
|
|
![]() |
05.07.2020 | 12:31 |
|
|
|